Pandemiya qadağaları hansı şərtlərlə necə aradan qalxacaq?– Türkiyə bu yolu seçdi

  • 22 Fev 2021 15:16
  • 893 Baxış
Pandemiya qadağaları hansı şərtlərlə necə aradan qalxacaq? – Türkiyə bu yolu seçdi



Koronavirus pandemiyası ilə bağlı qadağaların və yaşam şərtlərinin vaksinasiyadan sonra necə aradan qalxacağı barədə türkiyəli alim, professor Vefik Arıca araşdırma aparıb.


Medicina.az xəbər verir ki, o, mart ayından başlayaraq qadağaların illər üzrə tədricən necə aradan qaldırılması barədə maraqlı açıqlama verib.

Ərazilər üzrə yoluxma və vaksinasiya səviyyəsinə görə düşük, orta, yüksək, çox yüksək riskli olaraq 4 qrupa bölünəcəyini demək olar.


“1 martdan etibarən 100 min insan yaşayan yerdə 10 gündəlik 10-20 arası pozitiv yoluxma olan yerlərdə karantin şərtləri və qadağalar mütləq aradan qalxacaq.

100 min nəfərə 100 adamdan çox yoluxma olan yerlər yüksək risk qrupuna daxil olan birinci dərəcə kimi qeydə alınacaq. Ona görə də normallaşma və qadalağaların ləğvi ölkə üzrə qrup-qrup aparılacaq.

Əgər yasaqların ləğv olunduğu qruplar üzrə ərazilərdə yoluxma sayı yenidən artarsa, valilikdə pandemiya komissiyası toplanıb, təkrar qapatma və qadağalar qərarı verəcək.


Qadağaların aradan qalxması həmin ərazidə toplumun, insanların qorunma və gigiyenik qaydalara necə əməl etməsinə bir mükafat kimi də hesab etmək olar.


İnsanlar maska, dezinfeksiya, məsafə və vaksin qaydalarına nə qədər dəqiq və tez əməl edərlərsə, o bölgə daha tez pandemiya azadlığına çıxacaq”.


Səhiyyə naziri Fahrettin Koca hər həftə Türkiyə üzrə yoluxma sayını göstərən xəritə yayımlayacaq.

Məsələn, 1 milyon sakini olan şəhərdə 100 min insana nisbətdə neçə yeni yoluxma aşkarlanıb, onlar hesablanacaq. Əgər 1 milyon əhalisi olan şəhərdə, bölgədə günlük yoluxma sayı 100nəfər arası olarsa, orda şərtlər yumşalacaq, restoran, kafelər açılacaq, məktəblər fəaliyyətə başlayacaq. Pandemiya şərtləri xeyli yumşalacaq.

İkinci dəyərləndirmə şərti əhali sayına görə peyvəndləmə götürülür. 1 milyon əhalisi olan şəhərdə hər 100 min nəfərin neçəsi peyvənd olunub. Say çoxdursa, o zaman pandemiya qadağaları aradan qalxacaq. Son statistikaya görə ən son Ankara, İzmir, İstambul, Bursa kimi şəhərlərdə 60 yaş yuxarı insanların peyvəndlənməsi sayı çoxdur.

Ən az peyvəndləmə sayı Karadeniz bölgəsi, Trabzondur. Amma bu bölgə əhali sayına görə riskli birinci dərəcəyə düşmür. Birinci yerdə İstambul qalır. Çünki bu şəhərdə hər kilometr əraziyə düşən insan sayı çoxdur".