Pandemiyada 1 milyon xərçəng xəstəliyi gözdən qaçıb

  • 2021.05.19 12:39
  • 2054 Baxış
Pandemiyada 1 milyon xərçəng xəstəliyi gözdən qaçıb
Avropa Xərçəng Təşkilatının (E.C.O) yayımladığı məlumatlara görə, karantin səbəbi ilə təxminən 1 milyon xərçəng xəstəliyinin müalicə və müayinəsi gözdən qaçıb.


Medicina.az xəbər verir ki, ECO ortaqlığında aparılan araşdırma nəticələrinə görə, pandemiya səbəbi ilə 1 milyon insana diaqnoz qoyulmayıb, 100 milyon xərçəng testi aparılmayıb.

Həmçinin, xərçəng əlamətləri olan 2 nəfərdən 1-nin təcili olaraq müalicə olunmadığı və Avropada hər 5 xərçəng xəstəsindən 1-nin hazırda ehtiyac duyduqları cərrahi və ya kimya-terapi almadıği məlumatlarda qeyd edilib.