Pandemiyanın 5-ci dalğası başlayır

  • 2021.11.22 14:56
  • 1590 Baxış
Pandemiyanın 5-ci dalğası başlayır

Fransada koronavirusun beşinci dalğası sürətlə başlayıb.

Bunu ölkənin Nazirlər Kabinetinin təmsilçisi Qabriel Attal bəyan edib.

O, “Europe 1” radiosunun efirində son həftə ərzində yeni yoluxma sayının 80% artdığını bildirib.

Attalın sözlərinə görə, Fransada hər gün orta hesabla 17 min yeni COVID xəstəsi aşkar olunur.