Pandemiyanın ruh sağlamlığımıza təsiri - Özünüzü belə qoruyun

  • 2020.10.09 13:36
  • 3133 Baxış
Pandemiyanın ruh sağlamlığımıza təsiri  - Özünüzü belə qoruyun
Pandemiya günlərində ruh sağlamlığımızı qorumaq çox önəmlidir.

Medicina.az xəbər verir ki, ÜST-ün məlumatına görə, dünyada 1 milyarda yaxın insan psixoloji problemlər yaşayır. Hər il 3 milyon insan alkoqol istifadəsindən ölür və hər 40 saniyədə bir nəfər intihar edərək həyatını itirir.



Hazırda isə dünyanın hər yerində milyonlarla insan koronovirusun həm bədən, həm də ruh sağlamlığımıza olan təsirindən əziyyət kəçir.

Mütəxəssislər bildirirlər ki, ruh sağlamlığımızı 10 yolla qoruya bilərik:

1. Sənətlə məşğul olun
2. Özünüzə yeni hobbilər tapın
3. Uzun müddətdir oxumadığınız kitabları oxuyun
4. Ailəniz və qohumlarınızla əlaqəni kəsməyin
5. Sevdiyiniz dostlarınızla zaman keçirin
6. Səyahət planları qurun
7. Evcil bir heyvan saxlayın və ya çiçək əkin
8. Uşaqlar və ya sevdiklərinizlə müxtəlif oyunlar oynayın
9. 65 yaşdan yuxarı olanlarla münasibət yatadın və onlara kömək edin
10. Sizi həyata bağlayacağınızı düşündüyünüz fəaliyyətlər tapın.

Aygün Nəbiyeva

“Zəka” Ziyalılar Məclisi İctimai Birliyinin Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə icra etdiyi “COVİD-19 pandemiyası ilə bağlı əhaliyə tibbi və psixoloji informasiya dəstəyinin təşkili” layihəsi çərçivəsində hazırlanıb.