Panik atak və infarkt arasında oxşar cəhətlər çox olsa da onları fərqləndirmək lazımdır.
“Medicina” məlunatına görə,  professor, həkim – nevroloq Natalya  Şindryayeva açıqlamasında bildirdi ki, infarktı verdiyi narahatlıq və ağrının nə qədər davamlı olması ilə ayırd etmək olar.
Həkimin sözlərinə görə, fərqlərdən biri də panik atakın və infarkt baş vermə zamanıdır. 
Panik atak istənilən vaxt, o cümlədən istirahət zamanı, sakit halda, yolda baş verə bilər. Ürək böhranı ən çox intensiv məşqdən və fiziki hərəkətdən sonra başlayır.
Həmçinin nevroloq panik atakların məhdud müddətə davam etdiyini və öz-özünə keçdiyini diqqətə çatdırıb. Ürək tutmasına gəlincə, onun yaratdığı diskomfort və ağrı  uzun müddət (10-15 dəqiqədən çox) davam edir. 
İnsan onların artdığını, həm də ağrının sol tərəfə necə yayıldığını hiss edir. bədənin, o cümlədən çənə, boyun, çiyin, qol. İnfarkt üçün də xarakterik olan odur ki, ağrı dərman vasitəsi ilə yox olmur, nitroqliserin qəbul etdikdən sonra da keçmir. 
Xəstələr tez-tez  infarktı panik atakla qarışdırırlar, lakin eyni qayda burada işləyir: böhran zamanı ağrı artır və tibbi yardım olmadan yox ola bilməz. 
Günay Quliyeva