Panik ataklar genetik səbəbdən olur – 4 digər səbəb

  • 2024.03.11 22:20
  • 991 Baxış
Panik ataklar genetik səbəbdən olur  – 4 digər səbəb

Panik atak insanı səbəbsiz yerə qorxu hissinin bürüməsidir: əlamətlər ürək çırpınması, tənəffüsün pozulması, titrəmə, baş hərlənmə, tərləmə, ölüm qorxusudur.


Elə insanlar var ki, gənc yaşından panik atakdan əziyyət çəkir, amma psixiatra müraciət etmir, illərlə başqa səbəblərdən müalicə alır.


“Medicina” xəbər verir ki, məşhur həkim Aleksandr Myasnikov psixikada bu pozulmalar genetik faktorların stress səbəbindən kəskinləşməsidir.


Əgər insan panik atak zamanı qorxu hissi, təşviş keçirmirsə, xəstənin müalicəyə gəlməsi, simptomların səbəbini müəyyən etmək daha da çətinləşir.


Atakların digər səbəbi xarici, ətraf mühit faktorlarıdır.

Əgər nəsildə, ailə üzvlərində panik atak və təşviş pozuntusu olubsa, sizdə də risk dəfələrlə artır.

Genetik amillər hətta beynin kimyəvi balansına və reaksiyasına da təsir edir.
Yəni baba stresə necə reaksiya veribsə, nəvələrdən də kimsə eyni ilə reaksiya verə bilər.

Panik atakın bioloji faktorları:

Beyin funksiyasında və kimyasında neyromediatorların sintezinin pozulması.
Eləcə də panik ataklar həyatda travmatik, ağır hadisələrin və halların nəticəsində yarana bilir.

Xroniki yorğunluq, ağır iş, ailədaxili həll olmayan problemlər də panik atakı oyadır.

Bəzi endokrin xəstəliklər, zob, anemiya və ürək xəstəlikləri də panik atak vəziyyəti yarada bilər.

İstənilən halda, panik atak olan şəxs çek-ap olunmalı və psixiatr müalicəsi almalıdır”.


Aygün Musayeva