Pankreas xərçənginə tutulma halları sürətlə artır - SƏBƏB

  • 2024.02.25 11:43
  • 996 Baxış
Pankreas xərçənginə tutulma halları sürətlə artır - SƏBƏB
İngiltərədə aparılan araşdırma pankreas (mədəaltı vəz) xərçənginə tutulma hallarının artdığını üzə çıxarıb.

Medicina.az xarici mətbuata istinadən xəbər verir ki, araşdırmaya görə, 1990-cı ildən bəri bu xəstəlikdən əziyyət çəkən 25 yaşa qədər qadınların nisbəti 200 faiz artıb. Yaşı 25-dən 49-a qədər olan insanlar arasında bu nisbət əhalinin qalan hissəsindən təxminən iki dəfə çox olmaqla 34 faizə yüksəlib.

Qadınların bu xərçəngdən niyə daha çox təsirləndiyi hələ də aydın deyil. Xəstəlikdən əziyyət çəkənlərin 5 il sağ qalma nisbəti cəmi 5 faizdir.

Xərçəng araşdırmalarını tədqiq edən “Cancer Research UK”ə görə, mədəaltı vəzi xərçənginə tutulma halları ümumi olaraq, təxminən 17 faiz artıb. Bu isə kişilər arasında da xəstəliyin sürətlə yayıldığını göstərir.

Tədqiqatçılar ümumi tendensiyanın piylənmə nisbətinin artması ilə əlaqədar olduğundan şübhələnirlər.

Bukinqem Universitetinin onkoloqu professor Karol Sikora “Daily Mail”ə verdiyi açıqlamada bunları deyib:

"Yəqin ki, bu, son 20 ildə insanların qidalanma tərzində baş verən dəyişikliklərlə əlaqəlidir".

Gül