Parkinson xəstəliyini 7 il öncədən aşkarlayan müayinə

  • 2023.09.12 17:14
  • 1197 Baxış
Parkinson xəstəliyini 7 il öncədən    aşkarlayan müayinə
London Tibb Kollecinin alimləri gözün torlu qişasında dəyişikliklərlə Parkinson xəstəliyinin erkən diaqnostika metodunu kəşf edib.


“Medicina” xəbər verir ki, bu metod süni intellekt və neyroşəbəkə sayəsində mümkün olub.

Texnologiya həkim və insanlar üçün nəzərə çarpmayan dəyişiklikləri belə üzə çıxarmağa imkan verir.

Alqoritm göz qişasının daxili nüvə qatında dəyişiklikləri izləyir. Bu qatların qalınlığında azalma, nazilmə Parkinson, hətta Alsgeymer kimi nevroloji xəstəliklərin başlaması ilə bağlı ola bilər.

Neyroşəbəkə həkimlər üçün mümkünsüz olan neyrodegenerativ dəyişiklikləri aşkarlayıb, 1-2 dəqiqə əzrində 7 il öncədən diaqnoz qoya bilir.

Bu metod dünyada getdikcə yayılan Parkinson xəstəliyinin erkən diaqnozunda qızıl standart ola bilər.


Aygün Musayeva