Mirmahmud Mirəlioğlu və ailəsi koronavirusa yoluxdu - Vəziyyəti ağırdır

  • 2021.05.19 10:18
  • 2221 Baxış
Mirmahmud Mirəlioğlu və ailəsi koronavirusa yoluxdu -  Vəziyyəti ağırdır

Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu koronavirusa yoluxub.

Medicina.az -ın xəbərinə görə, bu barədə sosial şəbəkə istifadəçiləri məlumat verib. Evdə müalicə alan partiya sədrinin vəziyyətinin yaxşı olmadığı vurğulanıb. Eyni zamanda, onun özüylə bərabər ailə üzvlərinin də virusdan əziyyət çəkdiyi bildirilir.

Qeyd edək ki, M. Mirəlioğlunun 65 yaşı var. Siyasətçi 2011-ci ildən KXCP-na rəhbərlik edir.