Sağlam münasibətin əsas hissələrindən biri açıq və hörmətli ünsiyyətdir. Bir çox insan cinsi istəklərini, narahatlıqlarını və hisslərini danışmaqdan çəkinir. Halbuki düzgün ünsiyyət münasibətdə yaxınlığı, güvəni və emosional bağı gücləndirir.
Medicina.az cinsi mövzuda ünsiyyətin qaydalarını təqdim edir:
1. Uyğun zamanı seçin
Belə mövzular əsəbli, gərgin və ya mübahisəli anda deyil, sakit və rahat vaxtda danışılmalıdır. Rahat atmosfer söhbətin daha açıq keçməsinə kömək edir.
2. Tənqid deyil, hisslərini paylaş
“Sen heç vaxt...” kimi ittiham edən cümlələr qarşı tərəfi müdafiəyə keçirə bilər. Bunun əvəzinə:
“Mən özümü belə hiss edirəm...”
“Mənim üçün vacibdir ki...” kimi ifadələr istifadə etmək daha faydalıdır.
3. Utanmaq normaldır
Bir çox insan intim mövzuları danışarkən həyəcan keçirir. Bu utanma hissi normaldır. Vacib olan qarşı tərəfin səni mühakimə etməyəcəyini hiss etməkdir.
4. Qarşı tərəfi dinləməyi bacar
Yalnız öz istəklərini demək yox, partnyorunun hisslərini və ehtiyaclarını dinləmək də önəmlidir. Sağlam münasibət qarşılıqlı anlayış üzərində qurulur.
5. Sərhədlərə hörmət edin
Hər insanın rahat olduğu və olmadığı mövzular var. Münasibətdə güvən yaratmaq üçün qarşı tərəfin sərhədlərinə hörmət vacibdir.
6. Stress və yorğunluğun təsirini anlayın
Gündəlik stress, iş yükü, psixoloji yorğunluq və hormonal dəyişikliklər insanın yaxınlıq istəyinə təsir edə bilər. Hər dəyişiklik münasibətin bitdiyi anlamına gəlmir.
7. Açıq ünsiyyət münasibəti gücləndirir
Danışılmayan problemlər zamanla inciklik və uzaqlaşma yarada bilər. Açıq, sakit və hörmətli ünsiyyət isə münasibətdə emosional yaxınlığı artırır.
Sağlam münasibətdə əsas məqsəd tənqid etmək deyil, bir-birini anlamaq və güvənli bağ qurmaqdır.
Aygün Musayeva