“Payızda daha uzun qapanmalar ola bilər" - Professor

  • 2021.04.30 15:54
  • 1534 Baxış
“Payızda daha uzun qapanmalar ola bilər" -  Professor
“Payız aylarına doğru vəziyyət yenidən pisləşə bilər”.


Medicina.az xəbər verir ki, bunu türkiyəli professor Hakan Savlı danışıb:

“Payızda daha uzun qapanmalar ola bilər. Çünki mutasiyaların quruluşunu təyin edilməsində böyük bir boşluq var. Artıq hər virus 20-25 mutasiyadan ibarətdir. Köhnə mutasiyaların yerini yeniləri əvəz edir, yeni-yeni mutantlar ortaya çıxır. Vəziyyətin daha pisləşməməsi üçün qaydalara əməl etməliyik. Virusu daha yaxından tanımaq üçün analizlər aparmağa məcburuq. Bunun başqa alternativi yoxdur."