Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

PCR testlərindən gizlənən koronavirusun yeni mutasiyası aşkarlandı

  • 2021.02.19 14:30
  • 1776 Baxış
 PCR testlərindən gizlənən koronavirusun yeni mutasiyası  aşkarlandı

Finlandiyada koronavirusun yeni növü tapılıb.

Medicina.az xəbər verir ki, mutasiya olunmuş növə Fin-796H adı verilib. Onun PCR testlərində görülməmə ehtimalının olduğu iddia edildi.

Məlumata görə, Helsinkidə Vita labaoratoriyasında Kovid-19-un daha öncə rastlanmayan bir mutasiyasının olduğu qeyd edilib.

Belə ki, "Fin-796H" adı verilən mutasiya daha əvvəlkilərlə eyni xüsusiyyətə malikdir. Amma bu koronavirusun tamamən yeni bir növüdür. Mütəxəssislər həmçinin, virusun, boğaz və burundan götürülən PCR testlərindən gizli olması, görünməməsi ilə bağlı xəbərdarlıq etdilər.