Allergiya, çeliakiy, bağırsaq iltihabında pəhriz – Nə yeməli, nədən imtina etməli?

  • 29 İyul, 2019
  • 8584 Baxış
Allergiya, çeliakiy, bağırsaq iltihabında pəhriz – Nə yeməli, nədən imtina etməli?
Allergiya, çeliakiy, qıcıqlanmış bağırsaq sindromu, bağırsaq iltihabında uzun müddətli remissiya üçün xüsusi eliminasion pəhrizlər var ki, müalicədə dərmanla yanaşı mütləq tətbiq olunmalıdır ki, xəstədə sağalma olsun. Bu dietalar xəstəliyi qıcıqlandıran amillərdən qoruyur, toxumaların iltihabını azaldır, maksimum balanslaşdırılmış qidalanma ilə xəstəni mineral, vitaminlərlə təmin edir. 

Medicina.az bu pəhrizlərin bəzilərini təqdim edir.

Elminasion pəhrizlərə bunlar aiddir:

-Hipoallergen dieta
-Qlütensiz dieta
-FODMAP dieta
-GAPS dieta

Allergiyalı xəstələrə pəhriz

Allergiyanın kəskin dövründə pasiyentlər bu məhsullardan qəti imtina etməlidir: qoz, sitrus meyvələri, yumurta, süd, buğda, şəkər, alkoqol, qlüten, mal əti, kolbasa-sosis, soya, qırmızı balıq.  Sadə elminasion pəhriz hər hansı qidaya allergiya və həzm dözümsüzlüyünü aşkar edə bilir. 

İstər böyük,istər uşaq xəstələri mərhələli şəkildə hərdən 1-2-4 ərzağı rasiondan çıxarır və bədənin reaksiyasına baxır. Əgər allergiya keçib gedirsə, deməli, bu qidalardan biri allergendir. Bir müddət sonra imtina edilən o ərzaqlar bir –bir atrılıqda və arada fasilə olmaqla, yenidən rasiona salınır. O zaman siz dəqiq hansı qidadan allergiya olduğunuzu biləcəksiz və ondan həmişəlik uzaq duracaqsız.
 

 
Qlütensiz pəhriz

Çeliakiy  bağırsağa qlüten tərkibli ərzaqların düşməsi nəticəsində bağırsaq divarının iltihabına səbəb olan xəstəlikdir. Bu xəstəlik xüsusi analizlə təsdiq olunsa, qlüteni qidadan xaric edən kimi sağalma, remissiya baş verir. Qlütensiz pəhriz bu xəstələr üçün su qədər vacibdir. Buğda, vələmir, yulaf, mannı, bulğur, kartof fri, hot doq, çips, lavaş,soya, peçenye, şirniyyat və s. tamamilə çıxarılmalı, qlütensiz hazırlanan çörək və məmulatlar yeyilməlidir. Bu pasiyentlər yedikləri hər bir qidanın etiketini diqqətlə oxumalıdır

Bağırsaq iltihabına qarşı FODMAP pəhrizi

Bağırsağında xroniki iltihab, qıcıqlanma olan xəstələr FODMAP abreviatutasına daxil olan  bütün qidalardan 6 ay müddətində imtina etməlidirlər. Bunlara inək, keçi südü, xama, yoqurt, şokolad, quru meyvələr, tumlu meyvələr, alma, vişnə, manqo, kələm, balqabaq, brokkoli, mərci, noxud, lobya, kofe, çay, meyvə şirəsi, qarğıdalı siroöu, früktoza, süni şirinləşdiricilər aiddir. Düzdür, çətin dietadır, amma faydası əvəzolunmazdır. 

FODMAP icazə verilən qidalar balıq, yumurta, pendir, qoz, badam, tumlar, laktozasız süd məhsulları, ət assorti, toyuq əti, banan, giləmeyvələr, pomidor, xiyar, bəzi göyərtilər. 6 aydan sonra pasiyent imtina etdiyi qidaları bir-bir növbə ilə qidaya daxil edib, hansının pozulmaya səbəb olmasını və vəziyyəti kəskinləşdirdiyini təyin etməlidir. 



GAPS – xüsusi dieta

Psixoloji, həzm və bağırsaq problemləri olan, diaqnozu çətin tapılan xüsusi pasiyentlər üçün hazırlanıb. Bu dieta bağırsağın zədələnmiş selikli qişasını bərpa etmək üçün effektivdir. Xroniki diareya, Kron, qastrit, xoralı kolit xəstələri, autizm, şizofreniya, depressiya və biopolyar pozğunluqları olan xəstələr əvvəlcə dietaya giriş mərhələsini keçib, müxtəlif qidaları, ərzaqları gah daxil, gah xaric edərək, hansının necə təsir etdiyini dəqiqləşdirir. Daha sonra tam sxemə keçir.
 
Rasionda təzə ət, heyvan yağ, piyi, balıq, dəniz məhsulu, təzə yumurta, fermentləşdirilmiş qidalar və tərəvəzlər olmalıdır. Hər qida qəbulu zamanı ət və ya toyuq bulyonu içilir. Fermentləşdirilmiş qidalardan duzlu kələm, xiyar, yoqurt, kefir, xama, qatıq bol olmalıdır. Kartof, çips, balıq konservi və marketlərdə satılan qablaşdırılmış məhsullardan qəti uzaq durmalıdır.