Pəncədə ulduz damarları olanlar - qaraciyərini yoxlatsın

  • 2022.10.12 16:09
  • 2136 Baxış
Pəncədə ulduz damarları olanlar   -  qaraciyərini yoxlatsın

Ayaqların dabanlara yaxın hissəsində xırda damar toru, ulduz damarcıqları olan insanlar qaraciyərini yoxlatsın.

"Medicina" xəbər verir ki, hepatoloq Anna Yujnova hörümçək toruna bənzər damarların səbəbini açıqlayıb.

"Belə damarlar zəif qan dövranı və qaraciyərdə çapıqlaşmanın olduğunu göstərir.

Qaraciyərdə piylənmə olarsa, bu sonrakı mərhələdə damar ağırlaşmaları ilə nəticələnir.

Əgər ayaqlarınızın pəncə hissəsində belə damarlar çıxarsa, bu o deməkdir ki, qaraciyərdə piy çoxalıb.
Damarlar artıq kritik vəziyyətdən xəbər verir.

Son mərhələdə qaraciyərin fibrozlaşması orqanın funksiyasını tamam dayandıra bilər.

Bu zaman qan dövranı çox ləng olur, aşağı ətraflara qan çatmır, ona görə kompensator kimi torvari kapilyarlar şaxələnir.
Dərinin altındakı damarlarda qan yığllıb qalır. Bu damarların üstünə sıxanda onlar itir, əlini çəkən kimi qayıdır.

Bu damarlar revmatoid artrit və qaraciyər sirrozunda da ola bilir.
Əgər belə hal varsa, təcili qaraciyəri yoxladın".

Aygün Musayeva