Pendiri çox sevənlərdə onkologiya riski var

  • 2023.03.07 13:23
  • 1645 Baxış
Pendiri çox sevənlərdə onkologiya riski var

Diyetoloqlar xəbərdarlıq edirlə: bu məhsul orqanizmdə ciddi problemlərə yol aça bilər. Pendirin gündəlik istifadəsi sidik kisəsində xərçəng xəstəliyinin riskini artırır.

“Medicina” xəbər verir ki, Böyük Britaniyada hər il təxminən 10.000 insan sidik kisəsi xərçəngindən ölür. Bu göstəricilər alimləri onkologiyanın bu növü ilə bağlı ətraflı tədqiqatlar aparmağa, xəstəliyin inkişafına təsir edən amilləri araşdırırlar.

Sidik kisəsi xərçəngi diaqnozu qoyulmuş 200 xəstə və 386 sağlam könüllünün iştirak etdiyi araşdırma nəticəsində
siqaret çəkən, eləcə də pendir çox yeyən insanların bu xəstəliyə tutulma ehtimalının 2 dəfə çox olduğunu müəyyən edib.

Çünki siqaretin yanması zamanı ayrılan kanserogenlər şiş böyüməsini əsas stimulantlarından biri hesab olunur.

Dietoloqlar belə qənaətə gəliblər ki, gündəlik pendir istehlakı sidik kisəsi xərçəngi ehtimalını iki dəfə artırır. Risk qrupuna gündə ən azı 53 qram yeyən insanlar daxildir.

Britaniya alimləri qeyd edirlər ki, Aralıq dənizinin sakinlərinin pəhrizi bitki qidaları ilə zəngin olduğu üçün bu xəstəlikdən daha az əziyyət çəkirlər.

Günay