Perinatal mərkəzə direktor təyin olundu

  • 2022.12.29 14:42
  • 2080 Baxış
Perinatal mərkəzə direktor təyin olundu

Respublika Perinatal Mərkəzinə yeni direktor təyin edildi

"Medicina" xəbər verir ki, TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun əmri ilə bu vəzifə mama-ginekoloq Mehriban Adil qızı Abasquliyevaya həvalə olunub.

Yeni direktor kollektivə təqdim olunub. Təqdimat mərasimində Vüqar Qurbanov Respublika Perinatal Mərkəzində xidmət keyfiyyətinin yüksəldilməsi, ana və uşaq sağlamlığının təmin olunmasına diqqətin artırılması, pasiyent məmnunluğunun təmin edilməsi üçün müvafiq tapşırıqlar verib.

Qeyd edək ki, M. Abasquliyeva 1980-1986-cı illərdə Azərbaycan Tibb Universitetində təhsil alıb. 2000-ci ildən etibarən Sabunçu rayonu 2 saylı Doğum evinin baş həkimi vəzifəsində çalışıb.