Peyvənd üçün onlayn növbə götürənlərin SAYI

  • 2022.05.17 13:09
  • 2187 Baxış
Peyvənd üçün onlayn növbə götürənlərin  SAYI
2022-ci ilin aprel ayı üzrə COVID-19 əleyhinə vaksinasiya üçün onlayn növbə götürənlərin sayı 17038 nəfər olub.

Medicina.az xəbər verir ki, bununla bağlı məlumat İcbari Tibbi Sığortta üzrə Dövlət Agentliyinin 2022-ci ilin aprel ayı üzrə "Elektron xidmətlərdən istifadəyə dair statistika"sında əksini tapıb.

Həmin şəxslərdən15670 nəfəri Coronavac, 1366 nəfəri BİONTECH Pffizer, 2 nəfəri isə Rusiya istehsalı olan- SPUTNİK V üçün onlayn növbə götürüb.


COVID-19 PZR analizinin nəticəsini onlayn qaydada əldə edənlərin sayı 14871 nəfər olub.