Peyvənd haqqında deyilənlər doğrudurmu? - Sonsuzluq, ölüm, şikəstlik….

  • 2021.01.16 19:43
  • 2719 Baxış
Peyvənd haqqında deyilənlər doğrudurmu?  - Sonsuzluq, ölüm, şikəstlik….



Korona vaksini qapımızdadır, insanlar könüllülük prinsipini əsas götürüb peyvənddən yayınır. Buna səbəblərdən biri də illərlə peyvəndlər haqqında gəzən miflər, zərərləri barədə əvvəl dillərdə, indi internetdə gəzən şayiələrdir.

Medicina.az onlardan bəzilərinə aydınlıq gətirir.

Qadınlarda sonsuzluq yaradır?

Bir çoxları bunu belə əsaslandırır ki, koronavirusun iti tac ucları orqanizmin öz züllarına, yəni Sinsitin 1 zülalına yapışır.
Uşaq dünyaya gətirmək yaşında olan qadınlarda Sinsitin 1 plasentanın formalaşmasına və dölün uşaqlıqda qidalanmasına cavabdehdir.
Vaksindən sonra virus sensitinə keçəcək. Bununla da qadın hamilə qala bilməyəcək, çünki plasenta əmələ gəlməyəcək.

Lakin bu iki zülal arasında əlaqə yoxdur, vaksinin zülallara təsiri demək olar mümkün deyil.
Koronavirus vaksini qadınlarda sonsuzluğa səbəb olmur.

Genlər və DNT-də dəyişiklik yaradır

Bu da mümkün deyil. Müasir vaksinlər zəiflədilmiş virus hissələri daşıyır. RNK yaddaşlı vaksinlər insan DNT-nə təsir edə bilməz. Vaksində olan mRNK-lər hətta hüceyrlərin nüvəsinə belə çatmır. Virusun mesencer molekulları ancaq plazma hüceyrələrində dövr edir, sonra tez parçalanır.

Ölüm riski

Bu vaxta kimi 50 minə yaxın Biontech vaksini olunmuş insandan 6-sı ölüb. Lakin tədqiqatlar göstərib ki, onların ölümü peyvənddən olmayıb.

Onlar tipik yaşlılığa bağlı xroniki xəstəlik, infarkt və ya insultdan ölüblər.
Belə xəstəlikləri olmayan gənc və orta yaş qrupunda isə ölüm yoxdur.