Pfizer koronavirusun dərmanını tapdı - Pandemiyada oyun dəyişir

  • 2021.03.24 14:23
  • 6369 Baxış
Pfizer koronavirusun dərmanını tapdı -  Pandemiyada oyun dəyişir


Koronavirusa qarış ən effektiv vaksini kəşf edən Pfizer Biontech indi də koronavirusu müalicə edən dərmanı tapdığı barədə müjdəni verdi.

Medicina.az xəbər verir ki, 1 ildir koronavirusu yoluxduqdan sonra müalicə edən dərman üzərində işləyən şirkət artıq “böyük oyunu dəyişdirəcək potensuala malik” dərman gəldi açıqlamasını etdi.

Bloombergin məlumatına görə, ağızdan alınan tablet formasında olan dərman xəstəliyin ilk günlərində qəbul edilir.

Dərman virusun bədəndə, ağciyərlərdə yayılmasının qarşısını alır, xəstəni ağırlaşmadan qoruyur.

Proteaz enzim bazasında yaradılan dərman HİV və hepatit C müalicəsində dərmanların təsiri mexanizmi ilə işləyir.

Pfizer baş tibbi məsləhətçisi Maykl Dolsten bildirib ki, virus mutasiyaya uğrayır və covidin dünyaya təsiri davam edir. Bu durumda vaksinlə yanaşı mutasiyaya yoluxanların müalicəsində də kritik vəziyyət yaşanır.

Bu o deməkdir ki, dərmansız mümkün deyil.
Yaxın 2 həftə ərzində dərmanın klinik sınaqları bitir və preparat tam əlimizdə olacaq.