Pis əhval, yorğunluq, bədəndə ağrılar - Orqanizmdə iltihabın 7 əlaməti

  • 2022.09.19 14:54
  • 1438 Baxış
Pis əhval, yorğunluq, bədəndə ağrılar  - Orqanizmdə iltihabın 7 əlaməti


Çox insanlar bədəndə səbəbsiz ağrılardan, xroniki yorğunluq və pis əhvaldan şikayətlənir.


Əgər bədəndə çox miqdarda iltihabi komponenlər toplanıbsa, bu ciddii siqnallar verir.

"Medicina" xəbər verir ki, iltihab immun sistemin infeksiya və ya travmaya reaksiyasıdır.

Orqanizm iltihaba qarşı xüsusi maddə hasil edir ki, patogenləri məhv etsin.

Belə yanaşdıqda, iltihab faydalıdır, amma bir şərtlə ki, o qısa müddət çəksin, başlasın, bitsin.

Orqanizm uzun müddət iltihabın təsiri altında olduqda, Kron, kolit, qastrit, ürək xəstəliyi, xoralar, diabet, artrit, artroz sonda xərçəng xəstəliyi yarana bilər.

Bəs hansı əlamət və analizlərlə orqanizmdə iltihabın aktivləşdiyini bilmək olur?

- Əslində orqanizmdə iltihabı EÇS və CRZ analizi göstərir. Amma bəzən bu analizlər normal ola bilər, amma orqanizmdə gizli iltihab var.
Acqarına şəkərin 5-5,2 arası olması. Bu norma daxilində olsa da, əslində iltihab zamanı belə çıxır.


Bədəndə artıq yağ, piylər artır. Sitokinlərin aktivliyini göstərir.

Bədəndə ağrı, yanma hissi, yorğunluq hissi- iltihab maddələri əzələ, oynaq, birləşdirici toxumanı zədələyir.

Yorğunluq, iş görməyə həvəsin olmaması - xroniki iltihab zamanı bədən çox enerji sərf edir, ona görə digər şeylərə enerji qalmır.
Nevroloji problemlər - bədəndə aktiv iltihabi maddə olduqda, beynin baryerini keçir nəticədə başda duman, unutqanlıq, depressiya, həyəcan, təşviş artır.

Həzmdə pozulma - xroniki iltihab zamanı mədədə qastrit olur, qida bağırsaqda sürətlə keçir, nəcis formalaşmır, ishal olur, faydalı maddələr sovrulmur.


Dəridə səpki, akne, qızarma, ağızda yaralar

Aygün Musayeva