Piylənmə - 21-ci əsrin epidemiyası

  • 2021.09.06 18:50
  • 1657 Baxış
 Piylənmə -  21-ci əsrin epidemiyası
Piylənmə-"21-ci əsrin epidemiyası", böyük sosial problem, qlobal fəlakətdir. Xüsusilə də,son zamanlar uşaq və yeniyetmələr arasında geniş yayılıb (uşaqların 25%-ə qədəri artıq çəki və piylənmədən əziyyət çəkir).


Piylənmənin hansı bir səbəbdən əmələ gəlməsindən asılı olmayaraq,sonda endokrin sistemin və maddələr mübadiləsinin pozulmasına səbəb olur.

-Piylənmənin əsas əmələ gəlmə səbəbləri:
-Endokrin mənşəli
-Maddələr mübadiləsi pozulmaları
-Qida ilə əlaqədar

-Fəsadları:piylənmə - çoxfaktorlu xəstəlikdir. Onun etiopatogenezi hələ də qeyri-müəyyəndir.Lakin sağlamlığa ciddi ziyan vuraraq II tip şəkərli diabet,arterial hipertoniya, dislipidemiya fonunda damar aterosklerozu xəstəlikləri (infarkt və insult), xolesistit və öd daşı xəstəliyi, osteoartrit, yumurtalıqların polikistozu, sonsuzluq, xərçəng (əsasən də süd vəzi, prostat vəzi, yoğun bağırsaq, endometriumun xərçəngi) və sairə kimi xəstəliklərin əmələ gəlməsinə səbəb olur.

Müalicə

Piylənməsi olan insanlarda orqanizmin yüklənməsini aradan qaldırmadan maddələr mübadiləsini normallaşdırmaq çətindir.Çünki piy toxuması orqanizmdə olan toksinləri özündə toplamaq xüsusiyyətinə malikdir.Dəbli pəhrizlər nəticəsində çəki sürətlə azaldıqda, qana xeyli miqarda toksin keçir. Bu maddələr mübadiləsinin pozulmasını daha da dərinləşdirir, çıxarıcı orqanları yükləyərək onların funksiyasının pozulmlasına səbəb olur.

✅Məhz Bioloji Təbabətlə müalicədə bütün bunları nəzərə almaqla pasientlərə individual yanaşılır, fərdi pəhriz və müalicə sxemi təyin edilir.


Bu müalicə sxemi ilə hormonal balans normallaşdırılır və orqanlar sisteminə düşən yüklənmə drenaj və dezintoksikasiya yolu ilə aradan qaldırılır.

Biotənzimləyici terapiyanın köməyi ilə orqanizmin özünübərpa və özünümüdafiə qabiliyyəti bərpa olunduğundan maddələr mübadiləsi tənzimlənir,itirilmiş çəki geri qayıtmır.

Ətraflı məlumat üçün:
- (012)430 89 89
-(050,055,070) 430 89 89
- 055 430 89 89 (whatsapp)
-Bakı şəhəri, Nəsimi rayonu, S.C.Pişəvəri küç. 110, BİOLOJİ TƏBABƏT KLİNİKASI