Plastik cərrahı öldürən ər həbs edildi - "Qısqanclıqdan öldürmüşəm"

  • 2023.05.08 18:03
  • 1689 Baxış
Plastik cərrahı öldürən ər həbs edildi  - "Qısqanclıqdan öldürmüşəm"

Arvadını qətlə yetirməkdə ittiham olunan Türkiyə vətəndaşı Muhammet Gündüz barəsində həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimata baxılıb.

"Medicina" Trendə istinadən xəbər verir ki, bu gün Abşeron Rayon Məhkəməsində qapalı keçirilən iclasda istintaq orqanının təqdimatı təmin edilib.

Qərara əsasən, Muhammet Gündüz barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib.

Muhammet Gündüz məhkəmədə hadisəni qısqanclıq zəminində törətdiyini, əməlindən peşman olduğunu deyib.

Qeyd edək ki, dünən-mayın 7-si 1982-ci il təvəllüdlü Türkan Gündüzün ölməsinə dair rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış araşdırmalarla 1967-ci il təvəllüdlü Türkiyə vətəndaşı Muhammet Gündüzün aralarında yaranmış mübahisə zamanı arvadı Türkanə Gündüzə bıçaqla xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.