Polina Qaqarinanın pəhrizi – 1 aya 10 kq

  • 2019.05.13 18:45
  • 83449 Baxış
Polina Qaqarinanın pəhrizi –  1 aya 10 kq
Rusiyanın stil ikonası, məşhur müğənni Polina Qaqarina da keçmişdə artıq çəkili olan məşhurlardandır. 

Onun arıqlayıb, ideal çəkiyə çatması isə əməliyyatsız başa gəlib və demək olar ki, hər şey tamaşaçıların gözü qarşısında qısa müddətdə olub.

Müğənni arıqlama sirri və pəhrizini gizlətmir.


Polina qida seçimində intuisiyasına güvənərək, həkim dietoloqa belə müraciət etməyib.


Medicina.az Polinanın dietasını təqdim edir.


1-cı gün: o yalnız suda bişmiş yağsız, duzsuz düyü yeyərək su içib


2-ci gün: yalnız suda bişmiş toyuq filesi yeyib


3-cü gün: yalnız çiy və suda bişmiş tərəvəzlər yeyib, kartofdan başqa. 


Sonra yenidən bu qidalanma təkrarlanıb. 

Çay, qəhvə, qazlı, şirin içkilər, meyvə, un, çörək, şirniyyat, kolbasa, ət qadağandır. 

Saat 7-dən sonra qida qəbulu dayanır, yalnız su içə bilərsiz. 


Digər tərəfdən o güc tələb edən idmanla, fitneslə və rəqslə məşğul olub.  Bu metodla o 6 aya 25 kq arıqladı. 

Arıqladıqdan sonra o imicini və saç rəngini tamam dəyişdi və bundan sonra çəkisində artım olmadı. 


Müğənninin etirafına görə indi o günə 10 fincan qəhvə içir, qidalanması normal lakin sağlamdır, amma çəkisində artım yoxdur.