Pomidorla qarpız xərçəngdən qoruyur?

  • 2022.09.13 15:06
  • 490 Baxış
Pomidorla qarpız xərçəngdən qoruyur?
Prostat vəz xərçəngi üzrə son elmi tədqiqatlarda şişin profilaktikarı üçün konkret faydalı maddənin adı çəkilib.


"Medicina" xəbər verir ki, bu likopinlə zəngin qidaların qəbuludur.

"Kişilərdə bu xəstəliyə həyat tərzi və qidalanma çox təsir edir. Oturaq həyatdan çıxıb, likopinlə zəngin meyvə-tərəvəz yeməklə qarşısını almaq olar.


Likopin təbii maddə olub, qırmızı və qidalarda olur, məsələn, qarpız və pomidora qırmızı rəng verən məhz likopindir.

Rasionunda likopin çox olan insanlarda prostat xərçəngi riski 11% azdır, nəinki ömrü boyu az yeyənlərdə.

Alimlər sübut edib ki, hər gün 1 mq likopin qəbulunda xərçəng riski 1% azalır.

Ona görə kişilər gündə heç olmasa 2-3 pomidor yeməlidir.

Düzgün təbii yetişdirilmiş qarpız və pomidor likopinlə zəngindir.

Aygün Musayeva