Pop-korn yemək faydalıdır, yoxsa zərərli?

  • 2023.02.24 13:46
  • 2081 Baxış
Pop-korn yemək faydalıdır, yoxsa zərərli?

Təbii qarğıdalı orqanizm üçün heç bir təhlükə yaratmır, əksinə, tərkibində lif və çoxlu faydalı maddələr - A, C, E vitaminləri, tiamin, niasin, fol turşusu, dəmir, kalium, maqnezium, fosfor, sink var.

“Medicina” xəbər verir ki, amma popkornun əsl qarğıdalı ilə əlaqəsi azdır, çünki faydalı maddələr az, duz, karamelizerlər, yağ və ləzzət artırıcılar daha çoxdur.

Yeri gəlmişkən, popkornun bir porsiyasında duzun dozası eyni miqdarda çipsi üstələyir.

Bu qədər duz hələ heç kimə fayda verməyib, çünki qan təzyiqinin artmasına səbəb olur Ona görə çox miqdarda pop-korn təzyiq və böyrək funksiyasının pozulması ilə nəticələnir.

Günay