Portağal qabığı kimi dəri süd vəzi xərçənginə işarədir

  • 2022.09.13 15:28
  • 2118 Baxış
  Portağal qabığı kimi dəri süd vəzi xərçənginə işarədir


Bir çox qadınlar süd vəzilərində şişlərin düyün, şişkinlik, əllə hiss olunan qabarma kimi olacağını düşünüb, bu əlamətə və ağrıya diqqət verirlər.


Amma süd vəzi xərçəngi heç də həmişə bu simptomları vermir.

"Medicina" xəbər verir ki, süd vəzi dərisinin nahamar olması, portağal qabığı kimi dənəvər, çökəkli olması sizi şübhələndirməlidir.

Gilələrin əyilməsi, batması, axıntı, rənginin dəyişməsi, ətrafının qızarması, yenə də ətrafda çökəklər xərçəngin əlaməti ola bilər.


Amma bu simptomlar vəzin iltihabı proseslərində də olur. Bu da xərçəngin nəticəsidir. Nadir hallarda rast gəlinir: iltihab və xərçəng eyni anda başlayır.

Limfedema artıq şiş hüceyrələrinin dəri qatında olmasını gösyərir.

Aygün Musayeva