Prezident Onkologiya Mərkəzinin direktorunu təltif etdi

  • 2026.03.29 16:46
  • 331 Baxış
Prezident Onkologiya Mərkəzinin direktorunu  təltif etdi

Cəmil Əziz oğlu Əliyev “İstiqlal” ordeni ilə təltif edilib.

Medicina.az xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev Sərəncam imzalayıb.

Bildirilib ki, Azərbaycanda tibb elminin və səhiyyənin inkişafında xüsusi xidmətlərinə görə Cəmil Əziz oğlu Əliyev “İstiqlal” ordeni ilə təltif edilib.

Qeyd edək ki, akademik Cəmil Əliyev Milli Onkologiya Mərkəzinin baş direktorudur.

Martın 30-u C.Əliyevin 80 yaşı tamam olacaq.