Prezidentdən xəbərdarlıq - " Karantin rejimi ilə bağlı sərtləşdirici tədbirlər istisna deyil"

  • 2020.05.07 16:57
  • 1403 Baxış
Prezidentdən xəbərdarlıq        - "  Karantin rejimi ilə bağlı sərtləşdirici tədbirlər istisna deyil"

“Bəzi məsuliyyətsiz vətəndaşlar qaydalara əməl etmirlər, maska taxmırlar, məsafə saxlamırlar. Özlərini elə aparırlar ki, sanki virus məhv olub”.


Dövlət başçısı bildirib ki, karantin qaydalarına riayət etməyən insanlara qarşı ciddi tədbirlər görüləcək.

İlham Əliyev söyləyib ki, hazırda Azərbaycanın bəzi bölgələrində, xüsusilə Gəncə şəhərində pandemiyanın yeni mərhələsi başlayır:

“ Buna görə də indiki karantin rejimində Bakı, Sumqayıt, Abşeron, Gəncə üçün xüsusi rejim var. Nəyə görə? Çünki bu yerlərdə, şəhərlərdə xəstələrin sayı, yoluxma halları daha çoxdur. Son günlərdə yoluxanların 30, 40, 50 faizi Gəncə şəhərinin, belə demək mümkündürsə, hesabına artır. Deməli, orada vəziyyət narahatlıq doğurmalıdır. İndi bunun səbəbləri araşdırılır”.

Prezident qeyd edib ki, həmin ərazilərdə insanlar və rəhbər orqanlar vaxtında tədbir görməyiblər.

“Harada ki, vaxtında tədbirlər görülür, qəbul edilmiş qaydalar icra edilir, orada vəziyyət nəzarət altındadır. Biz nəzarəti gücləndirəcəyik. Buna görə də, karantin rejimi ilə bağlı sərtləşdirici tədbirlər istisna deyil”, - deyə Prezident əlavə edib.