Professor Hüseyin Bozbaşın kitabı bizim dildə - "Xolesterin həqiqətləri"

  • 2022.08.19 15:41
  • 3473 Baxış
Professor Hüseyin Bozbaşın kitabı bizim dildə   - "Xolesterin həqiqətləri"


Türkiyəli professor Hüseyin Bozbaşın məşhur Xolesterin həqiqətləri kitabı Azərbaycanda öz dilimizdə çap olundu.


"Medicina" xəbər verir ki, bir müddətdir onun ürək-damar xəstələrinin, eləcə də sağlam ürəyə sahib olmaq istəyən hər kəsin masaüstü kitabına çevriləcək əsəri Azərbaycan dilinə tərcümə olunurdu.

Hazırda Ankara ETÜ Tibb xəstəxanasında çalışan H. Bozbaş yüksək xolesterin səbəbindən damar tıxanmalarına məruz qalmış pasiyentlərin real hekayələrini bu kitabda tolplayıb.

Müəllif sıravi oxucunun başa düşəcəyi dildə ürək-damar xəstəliklərinin, xüsusilə xolesterinin tarixi təşəkkül prosesindən, damar daralmalarına səbəb olan risk faktorlarından, bu xəstəliklərdən qorunma yolları, onların dərmanla və dərmansız müalicə üsullarından ətraflı məlumat verir.

“Xolesterin həqiqəti” ürək və damarlarının qeydinə qalmaq istəyənlər üçün əlifbadır.

Kitabın tərcüməçisi Zahir Məlikli, redaktoru isə Elçin Zahiroğludur.

“Qanun” nəşriyyatı çap etdiyi kitabı, nəşriyyatdan, "Əli və Nino" kitab evlərindən ala və sifariş edə bilərsiniz.

Aygün Musayeva