Psixiatriya Xəstəxanasındakı yeniyetmənin vəziyyəti barədə Rəsmi

  • 2023.04.04 17:39
  • 891 Baxış
Psixiatriya Xəstəxanasındakı yeniyetmənin vəziyyəti  barədə Rəsmi
Respublika Psixiatriya Xəstəxanasına yerləşdirilən yeniyetmənin vəziyyəti haqqında Səhiyyə Nazirliyindən məlumat verilib.

"Medicina" xəbər verir ki, bir neçə gün əvvəl 3 saylı uşaq evindən davranış pozuntuları olan yeniyetmə polis müşayiəti ilə Respublika Psixiatriya Xəstəxanasına gətirilib.

Bununla əlaqədar olaraq Azərbaycan Respublikasının “Psixiatriya yardımı haqqında” Qanununa əsasən o xəstəxananın yeniyetmə şöbəsinə yerləşdirilib. Hazırda aparılan stasionar müalicə nəticəsində yeniyetmənin psixi vəziyyəti stabilləşir.

Mütəxəssislər tərəfindən yeniyetmənin psixi durumundakı stabilləşmənin tam möhkəmləndirilməsi üçün 2-3 gün müvafiq müalicənin davam edilməsinə qərar verilib. Stasionar müalicə kursu başa çatdıqdan sonra o evə ambulator müalicəyə qardaşının himayəsinə veriləcək.

Aygün Musayeva