Puşkinin varisi koronavirusdan öldü

  • 2021.06.21 10:06
  • 1669 Baxış
Puşkinin varisi koronavirusdan öldü
Rusiyanın Petrozavodsk şəhərində tanınmış şair Aleksandr Puşkinin birbaşa varisi sayılan professor Lidiya Savelyeva vəfat edib.

Medicina.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.

Bildirilib ki, Puşkinin böyük oğlu Aleksandr Lidiya Savelyevanın nənəsinin dayısı olub.

Filoloq alimin 84 yaşında koronavirusdan öldüyü qeyd edilib.