Putin koronavirus testindən keçdi

  • 2020.03.18 19:49
  • 3047 Baxış
Putin koronavirus testindən keçdi
Rusiya Prezidenti Vladimir Putin koronavirus testindən keçib.

Medicina.az xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

O bildirir ki, “Prezidentin qorunması üçün lazım olan hər şey edilir".


Peskov, həmçinin özünün də koronavirus testindən uğurla keçdiyini bildirib. Onun sözlərinə görə, Prezidentin iştirak etdiyi tədbirləri təşkil edən bütün heyət analiz verib.

Qeyd edək ki, indiyə kimi Rusiyada 147 nəfərdə koronavirus aşkarlanıb.