Qabığı çatlamış yumurtanı bişirmək olarmı?

  • 2023.08.07 18:16
  • 995 Baxış
Qabığı çatlamış yumurtanı bişirmək olarmı?

Çox zaman satışda belə qabığı çatlamış yumurtalar görmək olur və ya soyuducuda yumurtanın biri çatlayır. Belə bir yumuranı istifadə etmək olarmı?


“Medicina” xəbər verir ki, texniki elmlər üzrə doktor İzabella Stefanova çatlamış qabığın təhlükəsindən danışıb.

“Əgər söhbət çiy yumurtadan gedirsə, onları qidaya istifadə etmək qəti olmaz. Çünki yumurtanın üzərində salmonella infeksiyası törədiciləri qabıqdakı çatdan yumurtanın içinə keçə bilər.

Əgər yumurta 70 dərəcə termiki işlənmədən keçib bişirilirsə, salmonella və digər mikroblar ölür.

Ümumiyyətlə, yumurtanı sındırmazdan əvvəl yumaq lazımdır, çünki qabıqda bağırsaq çöpləri ola bilir.

O ki qaldı, saxlanma müddətinə, adi yumurta 20 gün saxlanıla bilər. Amma yumurtaları mütləq soyuducuda saxlamalısız. Uşaqlar çiy yumurtaya əllərini vurub ağzına apardığı üçün toxunmamarı şərtdir”.


Aygün Musayeva