19 yaşlı braziliyalı qadın iki fərqli kişidən əkiz uşaq dünyaya gətirib. Bu, onun eyni gündə iki fərqli kişi ilə cinsi əlaqədə olması səbəbindən baş verib.
“Medicina” xəbər verir ki, 19 yaşlı braziliyalı qadın eyni gündə iki kişi ilə cinsi əlaqədə olduqdan sonra iki fərqli atadan əkiz uşaq dünyaya gətirib. O, uşaqların atasının kim olduğundan əmin olmadığı üçün atalıq testi verdiyini izah edib.
Bu şübhələr onu hamiləliyinin demək olar ki, bütün doqquz ayı boyunca narahat edirdi.
Əvvəlcə qadın ata olduğuna inandığı adamdan gizli şəkildə DNT nümunəsi əldə edib. Amma hər iki test onun əkizlərdən yalnız birinin atası olduğunu göstərdi.
Daha sonra qadın həmin gün başqa kişi ilə cinsi əlaqədə olduğunu xatırlayıb. DNT testi aparanda ikinci əkizinin atasının o olduğu məlum olub.
Çox nadir olsa da, bu fenomen tibdə heteroparental superfertilizasiya kimi tanınır.
Həkimlər iki yumurtanın fərqli sperma ilə döllənə biləcəyini izah etdilər. Körpələr analarının genetik materialını paylaşırlar, bu da onların əkiz olmasına səbəb olur, lakin ayrı plasentalarda böyüyür.
Aygün Musayeva