Qadın beynində bədəndəki cinsiyyət orqanlarla bağlı cavab verən genital sahə kəşf olunub.
“Medicina” xəbər verir ki, beynin somatosensor korteksi bədənin müxtəlif hissələrindən hiss məlumatlarını qəbul edir və emal edir. İndiyə qədər qadın cinsiyyət orqanlarına təyin olunan sahə dəqiq məlum deyildi.
Berlin Azad Universiteti və Humboldt Universitetinin bir qrup mütəxəssisi 18-45 yaş arası 20 sağlam qadının iştirakı ilə eksperiment keçirib.
Hər bir iştirakçının beyni MRT aparatında skan edilərkən titrəyici membrandan istifadə edərək klitorisi stimullaşdırılıb. Alimlər cinsi orqanlara toxunmağa cavab olaraq somatosensor korteksin müxtəlif sahələrinin fəaliyyətinin necə dəyişdiyini müşahidə ediblər.
Nəticələr göstərib ki, somatosensor korteksdə qadın cinsiyyət orqanının sahəsi, kişi kimi, bədənin anatomiyasına uyğun olan bud oynaqları sahəsində yerləşir, lakin bu bölgənin dəqiq yeri hər bir qadın üçün fərdidir, fərqlidir.
Bundan əlavə, beynin "genital" zonasının struktur sıxlığının qadınların cinsi fəaliyyəti ilə əlaqəli olduğu ortaya çıxdı .
Bir qadın əvvəlki il ərzində nə qədər çox cinsi əlaqədə olsa, beynin bu sahəsi bir o qədər genişdir. Tədqiqatçıların qeyd etdiyi kimi, bu əlaqə beynin plastikliyini nümayiş etdirir: müəyyən bir bölgə nə qədər aktiv istifadə olunursa, o qədər böyük olur və əksinə.
Alimlər beynin "cinsiyyət zonasının" struktur sıxlığı haqqında məlumatların gələcəkdə cinsi disfunksiya, cinsi sapma və ya digər oxşar patologiyaların müalicəsində istifadə oluna biləcəyini irəli sürdülər.
Aygün Musayeva