Qadın gülüş xəstəliyindən əziyyət çəkir - Nadir diaqnoz

  • 2022.10.26 21:00
  • 452 Baxış
Qadın gülüş xəstəliyindən əziyyət çəkir  - Nadir diaqnoz



Britaniyalı qadın nəzarətə alınmayan gülüş tutmalarından əziyyət çəkir.

"Medicina" xəbər verir ki, 35 yaşlı Bekka Benks uşaqlıqdan epilepsiyadan əziyyət çəkir.

Daha sonra epileptik tutmaları yoxa çıxan qadın son 4 ildir qarşısı allna bilməyən gülüş və göz yaşı sindromundan əziyyət çəkir.

Benksdə təşviş pozuntusu və depressiya diaqnozui qoyulduğundan 1 il psixiatr müalicəsi alır.

Lakin vəziyyətində dəyişiklik görməyən qadın digər mütəxəssisə müraciət edir.

Nəhayət ki, ona düzgün diaqnoz qoyulur, qadın epilepsiyanın nadir formasından əziyyət çəkir.
Bu forma özünü iradəsiz gülüş və ağlama tutmaları ilə büruzə verir.

Hazırda o müalicə alır və lazım gələrsə əməliyyat olunacaq.

Belə forma 200 min insanda bir rast gəlinir.

Aygün Musayeva