Qadın nəyə görə hamilə qala bilmir?- 5 səbəb

  • 2024.01.09 19:25
  • 912 Baxış
Qadın nəyə görə hamilə qala bilmir? -  5 səbəb

Hamilə qalmaqla bağlı problemlər qadınlarda və kişilərdə yaşla bağlı artsa da, çox zaman elə gənc yaşda rast gəlinir.


“Medicina” xəbər verir ki, sonsuzluğun sadə səbəbləri də olur. Hətta bu səbəblər çox vaxt insanları təəccübləndirir.


1. Gərgin iş

Çox işləmək, iş yerində vəziyyət qadınlarda çox problem yaradır. Qrafikin ağır olması, səhərdən axşama kimi o mühitdə olmaq yumurta hüceyrə sağlamlığını 28% azaldır. Gecə işləmək, gec yatmaq da follikul yetişməsini gecikdirir.

Orqanizmin daxili sirkad ritminin pozulması bioloji proses və hormonal balansı da pozur. Ona görə çox qadınlar hamiləlik müalicəsi zamanı istirahət, məzuniyyət götürsə yaxşı olar.

2. Stress

Stress, gərginlik hamiləliyə mane olur.

Hamilə qala bilməyənlər nevroloji və psixoloji müalicədən keçsə yaxşı olar.

3. Alkoqol, şirin içkilər

Müntəzəm olaraq bu içkiləri içdikdə, şans 18% azalır.

4. Fast-fud qidaları

Yağlı, qızartma, duzlu qidalar, şirniyyat piylənmə və insulin dirənci yaradır. Bu isə həm kişi, həm qadın yumurtahüceyrəsini zəiflədir.

5. Appendiks və badamcıqlar

Qəribə olsa da, bu orqanlarla hamilə qalmağın əlaqəsi var. İltihablı appendiks və badamcıqlar 30% şansı azaldır. Bu orqanları əməliyyat etdirən qadınlar daha tez hamilə qalıb.

Aygün Musayeva