Qadın öz bacısını dünyaya gətirib, anasına verdi

  • 2020.12.30 16:42
  • 5063 Baxış
Qadın öz bacısını dünyaya gətirib, anasına verdi

Şotlandiyada gənc qadın öz bacısını dünyaya gətirib.

Medicina.az xəbər verir ki, 25 yaşlı Holli Sammers 49 yaşlı anası Fey üçün suroqat analıq və yumurta donorluğu edib.



Məlumata görə, Fey və 46 yaşlı əri Endryu (Sammersin ögey atası) uzun illər uşaq arzusunda olublar. Lakin bu, elə arzu olaraq qalıb.

Nəhayət onlar Sammersi surroqat ana olmağa dəvət etdilər. Lakin tədqiqatlar zamanı ananın yumurta hüceyrələrinin yararsız olduğu məlum olur. Bundan sonla Holli həm surroqat ana, həm də yumurta donoru oldu.

Sammers dünyaya gətirdiyi bacısının adını Uillou qoyub. Bundan başqa qadının 3 yaşlı Arven adlı qızı da var.

Sammers dünyaya gətirdiyi uşağın anasının qızı olduğunu tam qəbul edir.

“Mən Uillounu dünyaya gətirdim və heç bir tərəddüdsüz dərhal anama verdim. Uillou mənim yumurta hüceyrəmdən dünyaya gəlsə də, onun yeganə anası var və bu, mən deyiləm. Endryu və anam evlənən günündən övlad arzusuna olublar. Ancaq anam sterilizasiyadan keçmişdi və çoxdan buna peşman olub”.