Qadın problemlərinin birinci səbəbi - Yüksək estrogenin əlamətləri

  • 2022.09.23 13:45
  • 629 Baxış
Qadın problemlərinin birinci səbəbi  - Yüksək estrogenin əlamətləri



Bir çox qadınlarda menstruasiya, hormonal pozuntulara səbəb estrogenin çox olmasıdır.

"Medicina" xəbər verir ki, doktor Erik Berq ağrılı predmenstrual sindromunun səbəbini də estrogenlərdə görür.

Bu sindrom qadınları fiziki və ruhəm yorur, miqren ağrıları olur, adətən 3-5-7 gün çəkir.

Qadınlar bu dönəmi ağır keçirir.

"Bütün ömrü boyu qadını estrogenlərin təsiri izləyir. Əslində bu hormon qadını xoşbəxt, rahat etmək üçün var.

Estrogen normal olduqda qadının dərisi, bədəni sağlam olur, hamilə qalır.

Amma onun balansı pozulan kimi problemlər başlayır.

Estrogen çox olduqda fiqura dəyişur, dəri kobudlaşır, beldə, yanda piy artır, menstrual tsikl pozulur.
Menstruasiya ağrılı olur, qarında beldə spazmlar olur..

Qadınlarda şişkinlik, miqren, təşviş pozuntusu yaranır.

Menopauza zamanı isə qadına istilik basma, ürək ritminin pozulması rahatlıq vermir.

Sonsuzluq, polikistoz, endometrioz məhz estrogen səbəbindən olur.

Burda müalicə bir istiqamətdə olmalıdır. Hormornal fonu qaydaya salmaq.
Başqa müalicələr fayda verməyəcək.

Aygün Musayeva