Qadında ürək xəstəliyi varsa, ərinə də təsir edir

  • 2023.05.18 20:04
  • 1976 Baxış
Qadında ürək xəstəliyi varsa, ərinə də təsir edir
Ər-arvadın birində ürək xəstəliyi varsa, digərində yaranma riski 2 dəfə artır.


“Medicina” xəbər verir ki, bu barədə çinli alimlər Amerika Kardiologiya Kollecinin elmi konfransında məlumat veriblər.
Yeni araşdırma 45 yaşında olan 5000-dən çox qadın-kişi cütlüyü əhatə edib. İştirakçılar öz xəstəlikləri və ürək-damar xəstəliklərinin yaranmasına təsir edə biləcək vərdişlər, amillər haqqında məlumat veriblər.

Araşdırma göstərib ki, arvadlarının ürək və qan damarlarında ciddi problemlər olan kişilərdə oxşar xəstəliklər 28% hallarda baş verir.

Arvadı ürək xəstəliyindən əziyyət çəkməyən kişilər üçün bu rəqəm isə 12% olacaq. Arvadları insult keçirmiş, siqaret çəkən kişilər üçün də risk yüksəkdir.


Analoji olaraq, eyni təsir qadınlara da var. Ərlərində ürək-damar xəstəlikləri olan qadınlarda 21% halda bu riks var.
Müəlliflər hesab edirlər ki, bu amili nəzərə alaraq, həkimlər ürək problemi ilə gələn qadını yoxlayarkən onun ərini də müayinə etməli, ailələrin sağlamlığını nəzarətdə saxlamalıdır.

Aynurə Məmmədova