Qadını doğum evinə buraxmadılar, həyətdə doğdu

  • 2021.02.05 16:15
  • 2288 Baxış
Qadını doğum evinə buraxmadılar, həyətdə doğdu




Rusiyanın Lenoblast əyalətində perinatal mərkəzə özünü doğuş sancıları ilə çatdıran qadını xəstəxananın mühafizəçisi içəri buraxmayıb.


Medicina.az xəbər verir ki, qadın əri ilə gecə 2-də öz maşınlarında perinatal mərkəzə gəlir. Onlar ödənişli doğuş edəcəklərini bildirsələr də mühafizəçi yalnız təcili yardımla gələn xəstələri buraxdıqlarını bildirib.


Uzun çək –çevirdən sonra kişi təcili yardımı xəstəxananın qapısına çağırır. Onlar gələnə kimi qadının doğuşu başlayır və o, doğum şöbəsi binasına çatmağa macal tapmır.



Təcili yardımın feldşder və tibb bacısı özünü yetirərək qadına yardıma başlayırlar.Cəmi 17 dəqiqənin içində körpə elə həyətdəcə, təcili yardım maşınının yanında dünyaya gəlir.



Sonradan ana və körpəni palataya yerləşdiriblər.
Məsələ ilə bağlı araşdırılma aparılır.