Qadının dili iflic oldu –Səbəbi şoka saldı

  • 2022.11.17 16:43
  • 404 Baxış
Qadının dili iflic oldu –Səbəbi şoka saldı

61 yaşlı qadının əvvəl dilində yanma, uyuşma hissi olub, daha sonra linqvial paresteziya baş verib.

“Medicina” xəbər verir ki, nevroloq Aleksandr Alexina qadının dilinin keyiməsinin səbəbini açıqlayıb.

“Məlum olub ki, bu B12 vitamini əsklikliyinin nəticəsi idi.

Bu vitaminin orqanizm, sinir sistemi üçün vacibliyi hələ tam dərk edilmir.

Bu vitamin kəskin düşəndə simptomlar sinir sistemi üzrə bədənin müxtəlif hissələrində, ağlagəlməyən yerlərdə qəfildən baş qaldıra bilir.

İnsan uzun müddət bu defisiti hiss etməyə bilər, amma əl-ayaqda, üzdə, dildə, dodaqda davamlı uyuşma, yanma, qarışqa gəzirmiş kimi hiss varsa, bu B12 əskikliyi ola bilər.

Çox zaman dildə, ağız boşluğunda dəyişiklik olur. Qlossit zamanı dil iltihablanır, şişir, üzəri qızarır. Bu allergiyaya bənzəsə də, əgər allergik ehtimal yoxdursa, bu zaman B12 yoxlanmalıdır. B12 defisiti zamanı qlossit 25-30% pasiyentlərdə baş verir. Bu vitamin ehtiyatını artırmaq çətin deyil, amma çox yubatmadan aradan qaldırmaq lazımdır”.

Aygün Musayeva