Rusiyanın Тatarıstan Respublikasından olan pensiyaçı qadında 40 il ərzində qalxanabənzər vəzi şişi baş ölçüsünə çatan qədər böyüyüb.
Medicina.az xəbər verir ki, o, ağır astmadan əziyyət çəkdiyi üçün uzun illər əməliyyata razılıq verməyib.
Şiş nəfəs borusunu sıxaraq onun həyatı üçün ciddi təhlükə yaradırdı. Hətta cüzi fiziki gərginlik belə boğulmaya səbəb ola bilərdi.
Zob kritik ölçülərə çatdıqdan sonra yalnız rayon terapevtinin uzunmüddətli təkidlərindən sonra pasiyent cərrahi müdaxiləyə razılaşıb.
Əməliyyat Tatarıstanın Respublika Klinik Xəstəxanasının cərrahları tərəfindən həyata keçirilib. Qalxanabənzər vəzinin ölçüləri 13×9×8 sm və 16×9×8 sm olan payları çıxarılıb. Təxminən üç saat davam edən əməliyyat minimal kəsiklə aparılıb.
Bir neçə gün sonra qadın evə buraxılıb, həkimlər əməliyyatdan sonra bərpa prosesinin uğurla keçdiyini bildiriblər.
medicina.az