Qadınlar infarkta az dözümlüdür, kişilərdən daha tez ölür

  • 2022.08.25 15:42
  • 1574 Baxış
Qadınlar infarkta az dözümlüdür, kişilərdən daha tez ölür


Qadınlar infarkt olmur, ürək kişiləri yarı yolda qoyur fikri əslində statistik olaraq doğrudur. Qadınların hormonal fonu və damarların içki,siqaretə məruz qalmaması onu erkən infarktdan qoruyur.



Lakin qadının ürəyi xəstə olarsa və infarkt baş verərsə, bu onu daha tez öldürür.



"Medicina" xəbər verir ki, qadın və kişi orqanizmi fərqlidir.

Ürək-damar tutmaları 35 yaşdan yuxarı qadınların bütün dünyada qəfil ölüm səbəbidir.

Təkcə 2018-ci ildə Almaniyada 345 min insan ürək tutmasından ölüb, onların 56% -i qadınladır.

Menopauzaya qədər qadınlarda ürək problemi az olur, hormonal dəstək səbəbindən onların arteriyalarında ateroskleroz az əmələ gəlir.
Alimlər illərdir bunu əsas qadın hormonu estrogenin dəstəyinə bağlyırdılar. Menopauzada bu hormon azalır.


Amma sonrakı elmi araşdırmalar bu nəzəriyyəni dəstəkləmədi. Belə ki. hormonal plastırlar ürək tutmalarının qarşısını almaqda effekt göstərmədi.


Əsas hədəf indi menstruasiyadır. Maraqlısı odur ki, menstruasiya kəsildikdən sonra qadınlarda damar tutulamsı, infarkrt və ürəkdə əməliyyatlar artır.


Ürək tutmaları qadınları kişilərdən 10-15 il sonra yaxalayır. Burdan da onların ömrü kişilərdən daha uzundur.

Bir fakt da var ki,kişilərdə infarkt daha kəskin özünü büruzə verir, onları xəstəxanaya çatdırmaq, əməliyyata qədər sağ qalmaq şansı çoxdur.


Lakin qadınlar ürəyin ağrısını daha zəif hiss edir, bəzən bunu heç hiss etmir. Əgər infarkt baş verərsə, xəstəxanaya çatdırma şansı az olur. Bunu da qadın ürəyi əzələsinin zəif olması ilə izah edirlər.


Qadınlarda ürəkdə ağrı 5 dəqiqə sürür, daha sonra qarına yayılır. Diabeti və piylənməsi olan qadınlarda infarkt simptomsuz keçir.
Ona görə qadınlarda ürək daha tez-tez yoxlanmalı, cüzi siqnal,ağrı olarsa, vaxt itirmək olmaz.


Aygün Musayeva