Qadınlar nə zaman mərhəmətli olurlar?

  • 2023.06.19 16:48
  • 1092 Baxış
Qadınlar nə zaman mərhəmətli olurlar?
Qadınlar incə varlıq hesab edilsələr də, orqanizmdəki bəzi problemlər onların xarakterinə də təsir göstərir və mərhəmət hissini dəyişir.



“Medicina” xəbər verir ki, onlarda menstruasiya dövrünün ikinci yarısında həssaslıq və səxavət artır. Bu kəşfi Heinriç Heine Universitetinin (Almaniya) Eksperimental Psixologiya İnstitutunun əməkdaşları edib.


Alimlər hormonal kontraseptivlərdən istifadə etməyən və müntəzəm menstrual dövrü olan 18-36 yaş arası 129 qadının iştirakı ilə eksperiment aparıblar.


İştirakçılar eqoist davranmaq, özlərinə bahalı hədiyyə vermək və ya başqa insanlar üçün öz istəklərindən imtina etmək arasında seçim etməli olublar. Paralel olaraq, tədqiqatçılar onların hormonal səviyyələrindəki dəyişiklikləri müşahidə edərək analizlər götürüblər.


Nəticələr göstərib ki, qadınlar menstruasiya dövrünün ikinci yarısında, progesteron hormonunun səviyyəsi yüksəldikdə və estradiol hormonunun səviyyəsi aşağı düşdükdə, nəzərəçarpacaq dərəcədə daha səxavətli olurlar.

Belə bir hormonal fon, qadın orqanının hamiləliyə hazırlaşdığı zaman yumurtlamadan iki həftə sonra baş verən dövrün luteal mərhələsinə uyğun gəlir.

Doğrudur, tədqiqatçıların müəyyən etdiyi kimi, bu dövrdə qadınların artan mehribanlığı yalnız onların daxili sosial dairəsinə aiddir: qohumlara, dostlara, tərəfdaşa.


Alimlərin təklif etdiyi kimi, qadınların davranışı şüursuz şəkildə hamiləlik dövründə sağ qalma şansını artıracaq şəkildə dəyişir, xeyirxah, və səxavətli bir insan daha çox dəstək və müdafiə alacaq.

Aynurə Məmmədova