Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Qadınlar yaşlaşdıqca mehribanlaşır – Alimlər

  • 2025.07.09 19:54
  • 157 Baxış
Qadınlar yaşlaşdıqca mehribanlaşır  – Alimlər


Beynəlxalq alimlər qrupu qadınların hirslənməyə meylinin yaşlaşdıqca, perimenopoz dövründən başlayaraq əhəmiyyətli dərəcədə azaldığını müəyyən edib.


“Medicina” xəbər verir ki, tədqiqatda 35-55 yaş arası 500-dən çox qadın iştirak edib, bu da ilk dəfə olaraq yaşa və reproduktiv qocalmanın mərhələlərindən asılı olaraq qəzəblənmə meylinin dəyişdiyini izləməyə imkan verib.


Təhlil göstərib ki, temperament, reaktivlik, qəzəbin aqressiv ifadəsi və düşmənçilik də daxil olmaqla əksər hisslər yaşla əhəmiyyətli dərəcədə azalıb.

Yeganə istisna, yaşa bağlı olmayan qəzəbi yatırtmaq idi. Reproduktiv qocalma mərhələsinin də hirs səviyyələrinə təsir etdiyi aşkar edilib, qəzəb ölçüləri klimaksdan sonra azalmağa başlayır ki, bu da orta yaşda emosional tənzimləmənin yaxşılaşdığını göstərə bilər.

Əvvəlki tədqiqatlar qan təzyiqi yüksək olan orta yaşlı qadınlarda hirslənməyə meylliliyi damar divarlarının qalınlığını əlaqələndirdi.

Bundan əlavə, daha hirsli qadınlar menopauza keçidi zamanı, xüsusən də hormon terapiyasından istifadə edərkən daha şiddətli depressiv simptomlar keçirib.


"Menopozun psixoloji aspekti qadının şəxsi və peşəkar həyatına əhəmiyyətli təsir göstərə bilər. Bu dövrdə dalğalanan hormonlar qəzəb və düşmənçilik də daxil olmaqla, kəskin əhval dəyişikliyinə səbəb ola bilər.

Qadınlara mümkün əhval dəyişiklikləri haqqında məlumat vermək və simptomları aktiv şəkildə idarə etmək lazımdır”.


Müəlliflər qadınların gündəlik həyatında qəzəbin təzahürlərini daha yaxşı başa düşmək və orta və qocalıqda emosiyaların idarə olunması üçün effektiv strategiyaların işlənib hazırlanması üçün əlavə tədqiqatlara ehtiyac olduğunu vurğulayırlar.


Aygün Musayeva