Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Qadınlarda bəzi dövrlərdə tər daha qoxulu olur, deodorant kömək etmir - Ginekoloq

  • 2025.08.14 22:14
  • 166 Baxış
Qadınlarda bəzi dövrlərdə tər daha qoxulu olur, deodorant  kömək etmir -  Ginekoloq

"Qadınlarda bəzi dövrlərdə tər daha qoxulu olur, bədən iyi dəyişir və deodorant belə kömək etmir"

Medicina.az xəbər verir ki, bunu mama-ginekoloq Natiq Məhərrəmov bildirib.



Onun sözlərinə görə, bu, sadəcə istidən deyil hormonların xəbərdarlığıdır.

Mümkün səbəblər isə bunlardır:

"*Estrogenin azalması
*Androgen hormonlarının artması (xüsusilə PKOS-da)
• Prolaktin və kortizol disbalansı
*Tiroid vəzinin zəifləməsi (hipotiroidi)
• Stressin uzunmüddətli təsiri

Ən çox dəyişən bölgələr:

*Qoltuqaltı və sinə altı
*Qasıq, boğaz və sinə hissəsi".

Həkim qeyd edib ki, hormon analizləri ilə vəziyyəti dəyərləndirmək və sadə müdaxilə ilə iyin səbəbi yoxa çıxa bilər.

Aygün
Medicina.az