Qadınlarda hormonların analizi - TSH, T3, T4 nədir?

  • 2020.10.07 14:58
  • 40953 Baxış
Qadınlarda hormonların analizi    - TSH, T3, T4 nədir?



Müxtəlif fiziki, emosional və hormonal pozuntuları olan qadınlara adətən qalxanvari vəzin fəaliyyətini tənzimləyən 3 əsas hormonun analizi təyin edilir.

Bunlar TSH, T3 və T4 -dır. . Bu analizlərin nəticəsi insanda qalxanvari vəzidə olan pozulmalardan xəbər verir. Lazım olduqda diaqnozun dəqiqləşdirilməsi üçün bu analizlərdən əlavə xəstəyə qalxanvari vəzinin fəaliyyətinə aydınlıq gətirə bilən digər analizlər (xüsusi anticisimlər, zülallar) və müayinələr (qalxanvari vəzi USM-i, MRT və s.) təyin oluna bilər.

Hansı hallarda bu analizlər təyin edilir:

- hipotireozun müalicəsinə kontrol etmək məqsədi ilə,

- qalxanvari vəzi böyüməsi zamanı (zob),

- uşaqlarda əqli və ya fiziki inkişafın ləngiməsi zamanı,

- ürək ritminin pozulmaları zamanı,

- ürək xəstəlikləri standart müalicəyə tabe olmadıqda,

- qadınlarda menstrual funksiyasının pozulmaları zamanı (menstruasiyaların qeyri-müntəzəm olması, menstruasiyaların olmaması),

- sonsuzluqla bağlı müayinələr zamanı.
- Kökəlmə, arıqlama, tüklənmə, bədəndə və üzdə dəyişikliklər
- Sinir əsəb problemləri


TSH hormonu qalxanvari vəzi tərəfindən sintez edilmir (hazırlanmır). Bu hormon baş beyində olan endokrin vəzi hipofizin hormonudur. Lakin məhz TSH qalxanvari vəzi hormonlarının (T3 və T4) sintezini (istehsalını) tənzimləyir - sürətləndirir və ya əksinə ləngidir.

Hər hansı səbəblərə görə qanda qalxanvari vəzi hormonlarının səviyyəsi düşdükdə, hipofiz TSH-un sintezini artırır ki, bu hormonun təsirindən qalxanvari vəzi hormonların ifrazı da artsın. Əksinə isə qalxanvari vəzi hormonların səviyyəsi qalxdıqda, hipofiz TSH-un sintezini azaldır ki, qalxanvari vəzi hormonların da sintezi azalsın.

T3 (triyodtironin) və T4 (tiroksin) hormonları qalxanvari vəzi tərəfindən ifraz olunur. Bu hormonlar orqanizmdə gedən müxtəlif proseslərdə (mübadilə prosesləri, sinir və ürək-damar sistemlərinin fəaliyyətinin tənzimlənməsi, uşaqlarda boyatma və inkişaf prosesləri və s.) çox fəal iştirak edirlər.

T3 və T4 ümumi və sərbəst olur. Ümumi T3 və T4 hormonları qanda xüsusi zülallarla bağlı vəziyyətdə olurlar, aktiv deyillər və orqanizmə qalvanvari vəzi hormonları kimi bioloji təsir etmirlər. Bu hormonların səviyyəsi orqanizmdə müxtəlif səbəblərə görə (bəzi dərman preparatların qəbulu, böyrək, qara ciyər xəstəlikləri, infeksiyalar, hamiləlik, bəzi genetik patologiyalar və s.) dəyişilir. Bu dəyişikliklər qalxanvari vəzi fəaliyyəti ilə bağlı olmaya bilər. Bütün bu səbəblərə görə ümumi T3 və T4 analizləri pasientlərə daha nadir hallarda təyin olunur.

Sərbəst T3 və T4 hormonların səviyyəsi qalxanvari vəzi fəaliyyətinin real vəziyyətini əks etdirir. Bu səbəbdən adətən xəstələrə məhz bu hormonların analizi təyin olunur. Bir çox hallarda xəstələrə yalnız sərbəst T4-ün analizi təyin olunur.


Analiz sübh tezdən (gücə yuxusu normal olmalıdır) acqarına verilir. Analiz verdikdən 20-30 dəqiqə əvvəl xəstə tam sakitləşməlidir (həm fizkiki, həm də psixoloji). Əgər xəstə qalxanvari vəzi hormonları qəbul edirsə, analiz günü həb qəbul edilməməlidir.

Qalxanvari vəzi fəaliyyətinin azalması (hipotireoz) zamanı T3 və T4 normada və ya normadan aşağı olur, TSH isə artmış olur.

Qalxanvari vəzi fəaliyyətinin artması (hipertireoz) zamanı T3 və T4 artır, TSH isə düşür.
Lakin analizlərin düzgün təhlilini ancaq peşəkar endokrinoloq apara bilər. Bəzən bunlar yetmir, əlavə digər analizlər də təyin edilir.


Qalxanvari vəz hormonları tam paket analizlərini Medi Plus klinikasının yeni müasir laboratoriyasında verə bilərsiz.
Medicina.az oxucuları üçün bütün bu analizlərə 20% endirim olunacaq.

Ünvan: Bakı şəh.Yasamal Rayonu Mirəli Seyidov küçəsi 26.

Tel: 055 252 45 94;
012 434 59 36