Qadınlarda menstruasiya pozulmasının 7 əsas səbəbi

  • 2022.05.18 13:16
  • 2101 Baxış
Qadınlarda menstruasiya pozulmasının    7 əsas səbəbi

Normal mentsruasiya ilə anormal tsikl arasında aydın fərqlər olur. Çox zaman qızlar bu dəyişikliklərə önəm vermir və illəri yola verir.


Medicina.az xəbər verir ki, normal tsikl zamanı uşaqlıq mümkün ola biləcək mayalanmaya hazırlanır, hormonal fon dəyişir, ovulyasiya və lütein fazası baş verir.



Orta normada tsikl müddəti 28-30 gün çəkməlidir.

Normada hər bir qadında ildə 1-2 dəfə tsikldə dəyişmə, pozulma baş verə bilər. Bunun obyektiv səbəbləri var. Lakin bu hal hər ay davam edirsə, endokrinoloq və ginekoloqa getməyi yubatmayın.

Təhlükəli siqnallar

- Menstruasiya arası fasilə 35 gün çəkir
- Menstruasiya tsikli qısadır – 18-21 gün. Yəni tez baş verir
- Qan itirmə miqdarı çoxdur

- Qanama 7 gün və çox davam edir
- Tsiklin ortasında hələ menstruasiya olmadan qan rəngli və qəhvəyi axıntılar gəlir

- Menstruasiya zamanı ciddi sağlamlıq problemləri, dəhşətli ağrılar olur

Son zamanlar menstruasiya pozulmasının ən çox rast gəlinən səbəbləri bunlardır:

- Hormonal disbalans, zob
- İnfeksion cinsi infeksiyalar

- Onkoloji xəstəliklər – uşaqlıq, yumurtalıqda, süd vəzidə
- İltihabi proseslər, kistalar
- Piylənmə

- Avitaminoz, zəif qidalanma, zəiflik
- Endometrioz, polip və s.


Eləcə də stress, bəzi dərmanların qəbulu tsikli pozur.