Qadınları əsəbi, kişiləri impotent edən OSTEXONDROZ - Əlamətlər, müalicəsi

  • 2021.04.03 14:19
  • 2727 Baxış
Qadınları əsəbi, kişiləri impotent edən OSTEXONDROZ -  Əlamətlər, müalicəsi
Ostexondroz onurğa sütununda maddələr mübadiləsi və qan dövranının pozulmasıdır.

Ostexondrozun ən ilkin mərhələsində belə fəqərələr arası disklər möhkəmliyini və elastikliyini itirir. Disklər arasındakı hündürlük artır. Fibroz halqa zəifləyir, çatlayır. Əgər bu halqa dağısa, yırtıq əmələ gəlir.

Medicina.az Ostexondrozun yaranma səbəblərini təqdim edir:

-Zədələr, travmalar, anadangəlmə qüsurlar

-Irsi meyillik, nəsil faktoru

-Maddələr mübadiləsi pozulması, artıq çəki, piylənmə

-İnfeksiyalar

-Orqanizmin yaşlanması

- Idman və ağır işlə əlaqədar ağırlıq və yük düşməsi

-Kimyəvi, toksiki maddələr

-Yastıayaqlılıq

-Skolioz, yeriş, qamət əyriliyi


Ostexondrozu artıran faktorlar:

-Düzgün qidalanmamaq

-Kompüter və sükan arxasında çox oturmaq

-Siqaret

-Idman zalında çox məşğul olmaq

-Bədənin kəskin soyuması

-Hündür daban ayaqqabı

-Daimi stress

-Qeyri-düzgün yataq


Ostexondrozun 3 növü var:

-Bel nahiyənin ostexondrozu

-Boyun ostexondrozu

-Döş qəfəsi ostexondro


Sizdə ostexondroz olduğunu göstərən əlamətlər:

-Daim kəsici, basıcı, küt ağrı

-İş gördükdə, hərəkət etdikdə, ağırlıq qaldırdıqda ağrı

-Ağrı çanağa, ayaqlara, biləyə verir

-Ayaqların hissiyatının pozulması, keyləşməsi

-Boyun ostexondrozunda baş ağrısı, başı döndərəndə kəskinləşir

-Kəskin baş çevirməsində baş gicəllənmə

-əllərdə, çiyinlərdə ağrı

-Gözlərin önündə sanki ləkə

-Görmənin və eşitmənin pisləşməsi

-Səsin dəyişməsi, dilin keyiməsi

-Döş qəfəsi ostexondrozunda dərindən nəfəs alıb verəndə ağrı

-Dəridə sanki qarışqa gəzməsi, keyimə

-Ayaqların buzlaması

-Qabırğalararası ağrı

-Tutma şəkilli qəfil sancı

-Sanki sinənin üzərində ağır daş olması hissi



Ostexondrozun fəsadları

Vaxtında aşkar edib, müalicə olunmadıqda ciddi fəsadlar və yanaşı xəstəliklərə səbəb olur: protruziya, yırtıq, radikulit, onurğa beynin zədələnməsi, bədənin kelyəşməsi, müəyyən sahələrin iflici və s.

İnfakr və insult riski artır.

Hipertoniya və hipotoniya yaranır.

Döş qəfəsindəki ostexondroz ürək, mədə, bağırsaq, qaraciyər, mədəaltı vəz, qalxanvari vəz problemləri yaradır.

Beldə ostexondroz qadınlarda sonsuzluğa, kişilərdə impotensiyaya gətirib çıxarır.

Boyun ostexondrozunun ən təhlükəli məqamı onurğa arteriyalarını sıxmasıdır. Bu zaman beynin qidalanması pozulur. Qan dövranı zəifləyir. Görmə,eşitmə, kordinasiya pozulur. Sonu hətta letal ola bilər.

Ostexondrozun kompleks müalicəsi üçün Medkonsiliuma müraciət edə bilərsiniz, biz sizi bu üzrə peşəkar həkimlərə yönəldirik:
050 372 77 14